Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin 28 avqust – 8 sentyabr 2025-ci il tarixləri arasında (saat 18:00-dək) elektron qeydiyyatdan keçmələri mütləqdir.
Qeydiyyat prosesi “portal.edu.az” saytı üzərindən həyata keçirilir:
- Əsas səhifəyə daxil olaraq “Qeydiyyat” bölməsinə keçid edin;
- “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçin;
- “Müraciət et” düyməsini sıxaraq tələb olunan məlumatları daxil edin.
* Diqqət! “portal.edu.az” saytında qeydiyyatdan keçməyən abituriyentlər qəbul olunmamış hesab ediləcək və barələrində qəbul əmri verilməyəcəkdir.
Qeydiyyat üçün tələb olunan sənədlər:
- Attestat (kollec və ya ali təhsil müəssisəsi məzunları üçün müvafiq arayış və ya diplom; əsli universitetə təhvil veriləcək);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Tərcümeyi-hal;
- Oğlan abituriyentlər üçün ilkin hərbi qeydiyyat vəsiqəsi və ya hərbi biletin surəti;
- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsini təsdiq edən qəbz;
- Sağlamlıq haqqında arayış (Forma 086);
- Ağ fonda 3x4 ölçüdə fotoşəkil;
- İmtiyazın tətbiqi üçün müvafiq təsdiq olunmuş sənədlər;
- ADAU ilə təhsilalan arasında bağlanmış fərdi müqavilə.
* Qeyd: Yuxarıda göstərilən sənədlər tədris prosesi başlandıqdan sonra müvafiq fakültə dekanlıqlarına təqdim olunmalıdır.