Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafına töhfə vermək məqsədilə 2026-cı il üzrə II İnkubasiya Proqramı – "StepArtUp" layihəsinə müraciətlərin qəbuluna start verir.
"StepArtUp" proqramı innovativ ideyaları real biznes və startap layihələrinə çevirmək istəyən tələbələr, gənc tədqiqatçılar və sahibkarlar üçün nəzərdə tutulmuş inkişaf platformasıdır. Proqram iştirakçıları təlimlər, mentorluq, biznes modelləşdirmə, məhsul inkişafı, bazar araşdırması və investor hazırlığı istiqamətində peşəkar dəstək əldə edəcəklər.
Müraciətlər arasından seçiləcək 10 perspektivli startap komandası inkubasiya proqramına cəlb olunacaq. Proqramı uğurla başa vuran komandalar 2026-cı ilin sentyabr ayında keçiriləcək "Demo Day" tədbirində öz layihələrini investorlar, biznes nümayəndələri, tərəfdaş təşkilatlar və innovasiya ekosisteminin aparıcı nümayəndələri qarşısında təqdim etmək imkanı qazanacaqlar.
Proqram iştirakçılarına təqdim olunacaq imkanlar
* Peşəkar mentor və ekspert dəstəyi
* Startapın biznes modelinin hazırlanması
* Məhsulun bazara çıxış strategiyasının formalaşdırılması
* Pitch təqdimatı üzrə hazırlıq
* Şəbəkələşmə və tərəfdaşlıq imkanları
* İnvestorlarla görüşlər
* Demo Day-də layihənin təqdimatı
* Gələcək maliyyələşmə və inkişaf perspektivləri
Kimlər müraciət edə bilər?
Proqrama Azərbaycan universitetlərinin tələbələri, magistrantları, doktorantları, məzunları, tədqiqatçıları və innovativ ideyaya sahib bütün komandalar müraciət edə bilərlər.
Vacib şərt: Komandanın tərkibində minimum bir nəfər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aktiv tələbəsi və ya məzunu olmalıdır.
Prioritet istiqamətlər
* Aqrotexnologiyalar
* Yaşıl Texnologiyalar
* Süni İntellekt və Data
* Təhsil Texnologiyaları (EdTech)
* Maliyyə Texnologiyaları (FinTech)
* Logistika və Təchizat
* Səhiyyə Texnologiyaları (HealthTech)
* Digər innovativ istiqamətlər
Müraciət prosesi
Namizədlər elektron qeydiyyat formasını dolduraraq komanda məlumatlarını, startap ideyasının təsvirini və Pitch Deck sənədini (PDF, PPTX, DOCX və ya bulud linki) təqdim etməlidirlər.
Müraciətlər yalnız proqramın rəsmi qeydiyyat sistemi vasitəsilə qəbul edilir.
StepArtUp haqqında
"StepArtUp" Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən inkubasiya proqramıdır. Layihənin əsas məqsədi gənclərin innovativ ideyalarını dayanıqlı startaplara çevirmək, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və ölkədə innovasiya ekosisteminin gücləndirilməsinə töhfə verməkdir.
Proqram iştirakçıları ideya mərhələsindən investor təqdimatına qədər bütün inkişaf mərhələlərində peşəkar dəstəklə təmin olunur.
"İdeyanı gələcəyin uğurlu startapına çevir!"
İnnovativ ideyan varsa, ilk addımı at və StepArtUp 2026 ailəsinə qoşul. Gələcəyin uğurlu sahibkarlarından biri olmaq üçün indi müraciət et!
StepArtUp 2026 — İdeyadan İnnovasiyaya, İnnovasiyadan Uğura!
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
https://docs.google.com/forms/d/1R-koKe_lbCBO4I1UoznLtok0SfKcQD3weyEMrjRtEq8/preview