Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Dövlət Aqrar Universitetinin magistr tələbələri üçün ödənişli təcrübə proqramı elan edir

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Dövlət Aqrar Universitetinin magistr tələbələri üçün “Kiçik təsərrüfatlarda əkinə yararlı torpaqların münbitliyinin qorunması və bərpası məqsədilə üzvi gübrələrin və bio-humusun hazırlanması və onların tətbiqi” mövzusunda ödənişli təcrübə proqramı elan edir.

Təcrübə proqramının iştirakçıları torpaq münbitliyinin mövcud vəziyyəti, üzvi gübrələrin (kompost və bio-humus) kiçik təsərrüfatlarda istehsal texnologiyaları və tətbiq yolları və ya tətbiq olunmamasının səbəbləri, torpaq münbitliyinin qorunması və bərpasına yönəlik rəy və təkliflərdən ibarət yekun hesabat hazırlamalıdırlar.

Təcrübə proqramı Tovuz, Qazax və Ağstafa rayonlarından olan kəndləri əhatə edəcək.

Təcrübə proqramının şərtləri:

• Müddət: 3 ay;

• Tələb olunan ixtisas: Aqrokimya və torpaqşünaslıq (Magistr, I və ya II kurs);

• Ərazilərə səfər etmək imkanının olması;

• Kompostlama və ya biohumus sahəsində tövsiyə alması üçün təcrübəsi olan (qırmızı torpaq qurdlarının idarə olunması daxil) elmi rəhbərin olması;

• Şəxsi kompyuterinin olması.

İngilis dilini bilən və müvafiq sahədə (biohumus və ya kompostlama, mikroorqanizmlərdən effektiv istifadə) təcrübəsi olan (məs.: universitetin tədqiqatlarında iştirak) namizədlərə üstünlük verilir.

Təcrübə proqramına müraciət etmək üçün CV, motivasiya məktubu, sertifikarlarınızı adau.karyera.merkezi@gmail.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müraciətin son tarixi: 23 May, 2022 ci il.

Ətraflı məlumat üçün: Mühəndislik fakültəsi, 2-ci mərtəbə, 246-cı otaq

Telefon: (022) 266 81 37

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Dövlət Aqrar Universitetinin magistr tələbələri üçün  ödənişli təcrübə proqramı elan edir