İstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya ixtisasının IV kurs tələbələri Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) yerləşən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzində istehsalat təcrübəsi keçirlər.

Burada tələbələrə laboratoriyada olan müasir cihazlar, torpaqda makro və mikroelementlərin, fosforun təyin edilməsi, eləcə də laboratoriyada analizlərin aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması haqqında ətraflı məlumat verilib. Tələbələr laboratoriyada istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, torpaq və su analizlərinin gedişatı ilə yaxından tanış olublar.

Üç ay müddətində davam edəcək təcrübə müddətində tələbələr fermerlərin təqdim etdiyi torpaq nümunələrində elektrik keçiriciliyi, mexaniki tərkibi, humusun, fosforun, azotun və kaliumun təyini kimi bir sıra analizlərin həyata keçirilməsində yaxından iştirak edəcəklər.

Keçirilən istehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində və yüksək ixtisaslı kadrların formalaşmasında mühüm rol oynayacaq.

İstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayırİstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayırİstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayırİstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayırİstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayırİstehsalat təcrübəsi tələbələrin praktiki vərdişlərə yiyələnməsində mühüm rol oynayır