Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbiri təşkil edilib.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarında keçən və 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Daha sonra tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən qırğın, bu faciənin tarixi-siyasi mahiyyəti və xalqımızın azadlıq mübarizəsində tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Universitetin prorektoru Əhməd Məlikov 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq iradəsinin sarsılmazlığının təcəssümü olduğunu bildirib. Prorektor qeyd edib ki, bu qanlı hadisə xalqımızın müstəqillik uğrunda apardığı mübarizədə dönüş nöqtəsi olmaqla yanaşı, milli birlik və həmrəyliyin bariz nümunəsidir. O, gənc nəslin 20 Yanvar şəhidlərinin xatirəsini daim ehtiramla yad etməsinin və bu tarixi dərslərdən düzgün nəticə çıxarmasının vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra Texniki mexanika və maşın mühəndisliyi kafedrasının professoru Ziyad Abbasov, İctimai fənlər kafedrasının dosenti Samirə Qasımova və Mühəndislik fakültəsinin tələbəsi Ruslan Novruzəliyev çıxış edərək 20 Yanvar faciəsinin tarixi, siyasi və mənəvi aspektlərindən bəhs ediblər, şəhidlərin göstərdiyi qəhrəmanlığın gənc nəsil üçün əsl örnək olduğunu bildiriblər.
Tədbirin sonunda universitetin tələbələri Eltun Məmmədov, Ayşə Hacıyeva və Aysel Fərəcovanın çıxışları dinlənilib.