ADAU-da faşizm üzərində tarixi qələbənin 81-ci ildönümü ehtiramla anılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) şəhid tələbə və məzunların xatirəsinə ucaldılmış Şəhidlər Xatirə Kompleksinin önündə faşizm üzərində Qələbənin 81-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edilib.

Əvvəlcə ölkəmizin azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı Xaliq Xəlilov Azərbaycan oğullarının cəbhədə göstərdikləri şücaətdən, arxa cəbhədə xalqımızın fədakar əməyindən, həmçinin tarixi qələbənin qazanılmasında ölkəmizin mühüm rolundan danışıb. Fakültə dekanı gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin vacibliyini vurğulayaraq, tarixi hadisələrin öyrənilməsinin əhəmiyyətinə diqqət çəkib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Kafedra müdiri xalqımızın II Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edərək, 44 günlük Vətən müharibəsində bütün dünyanın bunun bir daha şahidi olduğunu qeyd edib.

İctimai fənlər kafedrasının əməkdaşları Sevda Abdullayeva və baş müəllim Çinarə Səfərova çıxışlarında faşizm üzərində qələbənin qazanılmasında ön və arxa cəbhələrdə iştirak edən həmvətənlərimizin xidmətlərindən, Bakı neftinin müharibənin taleyinin həllində oynadığı mühüm roldan, xalqımızın qəhrəman oğul və qızlarının keçdiyi şərəfli döyüş yolundan ətraflı danışıblar.

Aqrar iqtisadiyyat fakültəsinin I kurs tələbələri Hüseyn Cavadov və Mədinə Nadirova da mövzu ətrafında çıxış edərək şeir parçaları səsləndiriblər.

Sonda bildirilib ki, bu kimi tədbirlər gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və milli dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ADAU-da faşizm üzərində tarixi qələbənin 81-ci ildönümü ehtiramla anılıbADAU-da faşizm üzərində tarixi qələbənin 81-ci ildönümü ehtiramla anılıbADAU-da faşizm üzərində tarixi qələbənin 81-ci ildönümü ehtiramla anılıbADAU-da faşizm üzərində tarixi qələbənin 81-ci ildönümü ehtiramla anılıb