Torpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov, Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov, Torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı Xalıq Xəlilov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Rektor İbrahim Cəfərov çıxış edərək bildirib ki, Vətən müharibəsi ölkəmizin parlaq qələbəsidir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan rektor, universitetin 6 əməkdaşının Vətən müharibəsi dövründə qəhrəmanlıqla xidmət etdiyini diqqətə çatdırıb.

Aqrar Universitetin Vətən müharibəsində iştirak edən əməkdaşları: “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Daxili Nəzarət şöbəsinin müdiri Namiq Cəfərov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov, İnformasiya texnologiyaları kafedrasının dosenti Zaman Zeynalov, Kənd təsərrüfatı texnikası kafedrasının baş müəlimi Qurban Qurbanov, Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi Fariz Süleymanov və “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan 2 nömrəli tələbə evinin nəzarətçisi Asif Hacızadə onlara göstərilən diqqət və qayğı üçün ölkə Prezidentinə, universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, Ali Baş Komandanın hər an tapşırıq və çağrışını yerinə yetirəcəklərinə hazır olduqlarını bildiriblər.

Sonda tələbələr vətənpərvərlik ruhunda musiqi nömrələri və kompozisiyalar nümayiş ediblər.

Torpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunubTorpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunubTorpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunubTorpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunubTorpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunubTorpaqşünaslıq və aqrokimya fakültəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub