Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində Tələbə Gənclər Təşkilatının Ecoforce klubunun təşkilatçılığı ilə 5 Dekabr – Dünya Torpaq Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə fakültənin dekanı, dosent Xaliq Xəlilov və Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, professor Həsənəli Aslanov çıxış edərək torpaq ehtiyatlarının qorunması, səmərəli istifadəsi və bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
Digər çıxış edənlər də torpağa göstərilən diqqət və yanaşmanın dayanıqlı kənd təsərrüfatının əsasını təşkil etdiyini və bu məsuliyyətin hər zaman aktual olduğunu deyiblər.
Sonda fakültə tələbələri tərəfindən aktual mövzular üzrə təqdimatlar edilib, torpaq elmi ilə bağlı müasir çağırışlar və həll yolları müzakirə olunub.