Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsində COP29 tədbirləri çərçivəsində “Qlobal iqlim dəyişikliyinin danadişinin ekologiyasına təsiri” mövzusunda elmi seminar keçirilib.
Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən seminarda bitki mühafizə kafedrasının dosenti Kazım Hüseynov təqdimatla çıxış edərək danadişi zərərvericisinin ölkəmizin müxtəlif bölgələrində yayılma dinamikası və inkişaf xüsusiyyətləri barədə ətraflı məlumat verib.
Daha sonra iqlim dəyişikliyinin bu zərərvericinin populyasiyasına, onların ekologiyasına və kənd təsərrüfatına təsirlərini təhlil ediblər.
Təqdimatdan sonra iştirakçılar tərəfindən verilən suallar ətrafında müzakirələr aparılıb, mövzu ilə bağlı fikir mübadiləsi olub və iştirakçıların sualları cavablandırılıb.