Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İlk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı Xaliq Qurbanov çıxış edərək sülhün və həmrəyliyin əhəmiyyətindən danışıb. O, gəncləri sülh dəyərlərinin qorunmasına və cəmiyyətdə bu dəyərlərin təbliğinə töhfə verməyə çağırıb.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunduğunu diqqətə çatdırıb.
Aqrar Universitetin Ağsaqqallar Şurasının sədri, dosent Siyasət Məmmədov “Təhlükəsiz həyat və davamlı sülh”, Torpaqşünaslıq və Aqrokimya kafedrasının müdiri, professor Həsənəli Aslanov “Təhlükəsiz torpaq və davamı sülh”, İctimai fənlər kafedrasının dosenti Zümrüd Qəhrəmanova “İnsan hüquqları və sülh mədəniyyəti”, Kitabxana və İnformasiya mərkəzinin direktoru Kamil Məmişov “Sülh naminə yaşıl gələcək”, II kurs tələbəsi Hüseyn Cavadov “Gənclər sülh və dayanıqlı kənd təsərrüfatı naminə” mövzularında çıxışlar ediblər. Çıxışlarda sülhün yalnız müharibələrin olmaması deyil, həm də təhlükəsizlik, insan hüquqları, davamlı inkişaf və qarşılıqlı hörmət üzərində qurulan dəyər olduğunu qeyd ediblər.
Tədbir sülhün və azadlığın rəmzi olan ağ göyərçinlərin səmaya buraxılması ilə başa çatıb.