Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova və Torpaqşünaslıq və aqrokimya kafedrasının baş müəllimi Mətanət Bəhmənli Tokat Qaziosmanpaşa Universitetinə işgüzar səfər ediblər.
Səfər çərçivəsində nümayəndələr universitetin müvafiq kafedralarının elmi-tədqiqat fəaliyyəti, laboratoriyaları və tətbiqi araşdırma infrastrukturu ilə yaxından tanış olublar. Eyni zamanda, müəllim və tədqiqatçılar arasında aqrar elmin aktual istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, gələcək elmi əməkdaşlıq perspektivləri ətrafında müzakirələr həyata keçirilib.
ADAU nümayəndələri, həmçinin “AqroFest” festivalında iştirak edərək universitetin təcrübə proqramları və tətbiqi tədqiqat layihələri ilə maraqlanıblar.
Görüşlər zamanı ADAU-nun beynəlxalq əməkdaşlıq istiqamətləri, elmi potensialı və universitetdə yaradılmış təhsil imkanları qarşı tərəfin diqqətinə çatdırılıb.