ADAU əməkdaşının həmmüəllifi olduğu kitab fəsli Springer nəşriyyatında dərc olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Turanə Məmmədovanın həmmüəllifi olduğu “Fermentation Technologies for Protease Production: Submerged and Solid-State Fermentation” adlı fəsil nüfuzlu beynəlxalq nəşriyyat olan Springer tərəfindən nəşr edilən “Biotechnological Advances and Applications in Microbial Proteases” adlı kitabda dərc olunub.

Nəşr mikrobioloji proteazların biotexnoloji istehsalında tətbiq olunan müasir fermentasiya texnologiyalarına həsr olunub. Fəsildə proteaz istehsalının əsas üsullarından olan submerged fermentation (SMF) və solid-state fermentation (SSF)
texnologiyalarının xüsusiyyətləri, tətbiq imkanları və biotexnoloji əhəmiyyəti
ətraflı şəkildə nəzərdən keçirilir.

Mikroorqanizmlər tərəfindən sintez olunan proteazlar qida sənayesi, əczaçılıq, kənd təsərrüfatı, biotexnologiya və digər sənaye sahələrində geniş tətbiq olunan mühüm fermentlərdən hesab edilir. Bu baxımdan, onların səmərəli və iqtisadi cəhətdən əlverişli üsullarla əldə olunması müasir biotexnologiyanın aktual istiqamətlərindən biridir.

Kitab fəsli ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://doi.org/10.1007/978-981-95-9011-7_3


ADAU əməkdaşının həmmüəllifi olduğu kitab fəsli Springer nəşriyyatında dərc olunub