Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya kafedrasının dosenti (e.a.o.) Fəridə Verdiyevanın həmmüəllifi olduğu “Biosynthesis of Seeds and Bioecological Parameters of Gray-Meadow Soils by Remote Sensing (Republic of Azerbaijan) Under Wheat Crops” adlı elmi məqalə dünayanın nüfuzlu elmi nəşrlərindən biri olan “International Journal of Agriculture and Biosciences (IJAB)” jurnalında dərc olunub. Adıçəkilən jurnal Scopus elmmetrik bazasında Q1 kvartilində yer alır. Jurnalın 2025-ci il CiteScore göstəricisi 4,2, 2026-cı il üzrə isə 4,5-dir.
Bu tədqiqat Azərbaycanda ilk dəfə olaraq buğda bitkilərinin becərildiyi torpaqların əsas aqrofiziki və aqrokimyəvi xüsusiyyətlərini, torpaq-bitki qarşılıqlı əlaqəsini və bu amillərin buğdanın inkişafına təsirini müasir, o cümlədən uzaqdan zondlama texnologiyalarına əsaslanan innovativ yanaşmalarla kompleks şəkildə qiymətləndirir. Paralel olaraq, buğdanın Qobustan sortunun cücərən toxumlarında sadə və mürəkkəb karbohidratların ümumi nuklein turşularının və zülalların biosintezinə təsiri araşdırılıb.
Tədqiqat nəticələri göstərmişdir ki, uzaqdan zondlama (UZ) texnologiyalarının, xüsusilə NDVI və WWI indekslərinin, buğda toxumlarında biosintez və biokimyəvi proseslərin operativ monitorinqində tətbiqi tədqiqatların səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. UZ məlumatları böyük ərazilərdə aktiv biosintez və biokütlə zonalarını müəyyən etməyə, analiz müddətini 10–25 dəfə azaltmağa və stimulyatorların yalnız problemli sahələrdə tətbiqi hesabına gübrə xərclərini 15–32 % azaltmağa imkan verir.
İnnovativ UZ metodları ənənəvi torpaqşünaslıq və aqrokimya üsulları ilə inteqrasiya edilib. Kjeldal metodu (QOST 10846–91), torpağın aqrokimyəvi analizləri və NDVI göstəriciləri biokimyəvi məlumatların qiymətləndirilməsini tamamlanıb. NDVI/WWI xəritələri cücərmə və biosintez zonalarının müəyyənləşdirilməsi, metabolik göstəricilərlə əlaqələndirilməsi və məhsuldarlığın proqnozlaşdırılması üçün hazırlanmışdır. Xəritələr GeoTIFF və Shapefile formatlarında təqdim edilib və nəticələrin praktik tətbiq imkanlarını genişləndirilib.

Məqalənin tam mətni ilə aşağıda təqdim olunan keçid vasitəsilə tanış ola bilərsiniz:
https://doi.org/10.47278/journal.ijab/2026.075