ADAU-nun alimi biologiya elmləri doktoru elmi adını alıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsinin Bitki mühafizəsi kafedrasının dosenti Kazım Hüseynova biologiya elmləri doktoru elmi dərəcəsi verilib.

Kazım Hüseynov 1988-1996 cı illərdə Ağdam rayonu Qarabağ üzümçülük sovxozunda böyük aqronom kimi fəaliyyət göstərib. 1996-2020 ci illərdə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Bitki mühafizəsi kafedrasında müəllim vəzifəsində çalışır.

2001-ci ildə “Gəncə-Qazax bölgəsi şəraitində üzüm salxım yarpaqbükəni zərərvericisinin qısa və uzunmüddətli inkişaf proqnozunun təkminləşdirilməsi və optimal mübarizə vaxtının xəbər verilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2008-ci ildə Entomologiya ixtisası üzrə dosent elmi adını, 2021-ci ildə isə biologiya elmləri doktoru elmi adını almışdır.

ADAU-nun alimi biologiya elmləri doktoru elmi adını alıbADAU-nun alimi biologiya elmləri doktoru elmi adını alıb