ADAU-nun əməkdaşı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif edilib

2022-2025-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə həyata keçirilən “Azərbaycanda pambıq istehsalında torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi uğurla icra olunub.

Layihənin məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda pambıq istehsalının genişləndirilməsi üçün iqlim-əsaslı ağıllı kənd təsərrüfatı təcrübələrinin inkişaf etdirilməsi və yayılmasından ibarət olub.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayıl-zadə layihədə verdiyi töhfəyə görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən təltif edilib.

Əməkdaşımızı təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.


ADAU-nun əməkdaşı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif edilibADAU-nun əməkdaşı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təltif edilib