ADAU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan tələbələri istehsalat təcrübəsini Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasında keçirlər.

Tələbələr təcrübə dövründə torpaqlarda icra olunan aqrokimyəvi analizlərin nəzəri əsaslarını öyənməklə yanaşı, praktiki olaraq analizlərin aparılması prosesində də iştirak edirlər.

İstehsalat dövründə tələbələr torpaq nümunələrinin qeydiyyatı və analizə hazırlığı prosesləri, bu nümunələrdə aparılan aqrokimyəvi analizləri pH, Ec, ümumi azot, mənimsənilə bilən fosfor, orqanik, karbon, karbonatlıq, həmçinin aqrofiziki parametrlər olan qranulometrik tərkibi, tarla su tutumunu, hiqroskopik nəmlik və s. parametrləri öyrənəcəklər.

Qeyd olunanlarla yanaşı analizlərin aparılması zamanı istifadə olunan keldal sistemi, spektrofotometr, flamefotometr və digər cihazların iş prinsipi, həmin cihazlarda sərbəst işləmə imkanları da təlim müddətində tələbələrə öyrədiləcəkdir.


ADAU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma MərkəzindəADAU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma MərkəzindəADAU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma MərkəzindəADAU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma MərkəzindəADAU tələbələri Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində