AQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüş keçirib.

Görüşdə ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, AQTA-nın Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev, Dövlət qulluğu və kadr məsələləri sektorunun müdiri Tural Əlizadə, Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev və tələbələr iştirak ediblər.

Əsasən sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilən görüşün məqsədi tələbələrin agentlikdə könüllülük fəaliyyətinə cəlb olunması, kadr hazırlığı məsələləri və AQTA və təcrübə proqramları haqqında ümumi məlumat vermək olub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Günün ikinci yarısında Bitki sağlamlığı şöbəsinin müdiri Taleh Şəmiyev “bitki mühafizəsi” ixtisasının tələbələri üçün təlim keçib.

AQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşübAQTA nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşüb