Sopron Universitetinin nümayəndələri ADAU-da

Macarıstanın Sopron Universitetinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olublar.

Səfər çərçivəsində Sopron Universitetinin Meşəçilik fakültəsinin dekanı Dr. Balint Heil və inkişaf üzrə məsləhətçi Dr. Beke Marton universitetin müvafiq tədris və elmi strukturlarının fəaliyyəti, maddi-texniki bazası, laboratoriya imkanları və elmi-tədqiqat işləri ilə tanış olublar.

Görüş zamanı meşəçilik, ekologiya və torpaqşünaslıq sahələrində akademik və elmi əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılması və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Həmçinin ADAU-nun professor-müəllim heyəti üçün seminar keçirərək müasir meşəçilik yanaşmaları, ekoloji davamlılıq və elmi-tədqiqat təcrübələri barədə məlumat veriblər.


Sopron Universitetinin nümayəndələri ADAU-daSopron Universitetinin nümayəndələri ADAU-daSopron Universitetinin nümayəndələri ADAU-daSopron Universitetinin nümayəndələri ADAU-da
Sopron Universitetinin nümayəndələri ADAU-da
Sopron Universitetinin nümayəndələri ADAU-da