Torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdır

Dövlətimizin aqrar sahəyə göstərdiyi qayğının nəticəsi olaraq respublikamızın 11 bölgəsində torpaq və bitkilərin analiz olunması üçün aqrokimya laboratoriyaları açılmışdır. Bu tipli laboratoriyanın biri də ADAU-nun aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya kafedrasında quraşdırılmışdır. Həmin laboratoriyada digər kafedraların hamısı öz elmi – tədqiqat işləri üçün torpaq və bitki analizləri apara biləcəklər.

Bu laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri təyin etmək mümkündür. Bundan əlavə torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini də təyin etməyə imkan vardır.

Laboratoriyanın ən üstün cəhətlərindən biri də odur ki, burada torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək mümkün olacaqdır.

Hazırda 2 tələbəmiz və bir laborantımız Bakı şəhərində bu laboratoriyanın iş prinsipini öyrənib gəliblər və laboratoriya işə başlayıbdır.

Laboratoriya respublikamızın bütün bölgələrində fəaliyyət göstərən fermerlərə xidmət etməyi nəzərdə tutmuşdur.

Laboratoriyanın fəaliyyət göstərdiyi ünvan: Gəncə şəhər, Ozan küçəsi 208, aqronomluq fakültəsinin tədris binasının birinci mərtəbəsi.

Əlaqə telefonu: (+994 22) 256-91-00

Torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdırTorpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdırTorpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdırTorpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdır