Kafedramızın əməkdaşları Goranboy rayonunda torpaq nümunələri götürüblər

Kafedramızın əməkdaşları Goranboy rayonunda torpaq nümunələri götürüblərADAU-nun "Torpaqşünaslıq və aqrokimya" kafedrasının əməkdaşları Goranboy rayonuna ekspedisiya təşkil edərək, apardıqları elmi–tədqiqat işinin proqramına uyğun müxtəlif ərazilərdən torpaq nümunələri götürüblər. Nümunələr təbii torpaq kəsiminin 1 metrlik qatından və taxılaltı əkinlərin qatından “bur” vasitəsilə götürülmüşdür. Torpaq nümunələri kafedranın laboratoriyasında təhlil edildikdən sonra fermerlərə müvafiq tövsiyələr veriləcəkdir.

Kafedra belə ekskursiyaların mütəmadi olaraq təşkil edilməsini planlaşdırmışdır.