Torpaqşünaslıq və aqrokimya fakültəsində konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində Tələbə Elmi Dərnəyinin konfransı keçirilib.

Konfransda fakültə dekanı, dosent Xalıq Xəlilov, Torpaqşünaslıq kafedrasının müdiri Arif Hüseynov, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

Xalıq Xəlilov Tələbə Elmi Dərnəyinin konfranslarının təşkilinin zəruriliyini, tələbələrin bir mütəxəssis kimi formalaşmasında böyük rolu olduğunu diqqətə çatdırıb.

Kafedra Tələbə Elmi Cəmiyyətinin sədri Tahirə Əliyeva, müəllimlər - Aytəkin Vəliyeva, Kəmalə Məmmədova və Fəridə Verdiyeva çıxış edərək dərnək üzvlərinə öz tövsiyyələrini bildiriblər.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.


Torpaqşünaslıq və aqrokimya fakültəsində konfrans keçirilibTorpaqşünaslıq və aqrokimya fakültəsində konfrans keçirilibTorpaqşünaslıq və aqrokimya fakültəsində konfrans keçirilibTorpaqşünaslıq və aqrokimya fakültəsində konfrans keçirilib