Torpaqşünaslıq və aqrokimya kafedrası

Bu kafedra Torpaqşünaslıq adı ilə 1920-ci ildə Bakı Politexnik İnstitutunun nəzdində ilk yaradılan kafedralardan biridir. Sonralar bu kafedranın bazasında ayrıca aqrokimya kafedrası yaradılmış və kafedraya 1940-cı ilədək professor D.İvanov rəhbərlik etmişdir. 1940-cı ildə aqrokimya kafedrası torpaqşünaslıq kafedrası ilə birləşdirilmiş, 1959-cu ildən yenidən ayrıca kafedra kimi fəaliyyət göstərmişdir. Struktur dəyişiklikləri ilə əlaqədar olaraq kafedra son dövrlərdə Torpaqşünaslıq və aqrokimya adı altında fəaliyyət göstərir. Torpaqşünaslıq kafedrasının ilk müdiri professor V.P.Smirnov-Loginov olmuşdur. Sonrakı dövrlərdə həm torpaqşünaslıq, həmçinin aqrokimya adı ilə fəaliyyət göstərmiş kafedralara professorlar V.Akimtsev, M.Əsgərbəyli, Q.Kolotov, dosent Ə.Şəfibəyov, professor B.Ağayev, dosent M.Ağamirov, akademik M.Cəfərov, dosentlər O.Hacıyev, professor A.Babayev, dosent A.Zeynalova, A.Hüseynov rəhbərlik etmişlər.

2020-ci ildə torpaqşünaslıq və aqrokimya kafedrasının bazasında iki kafedra: “Torpaqşünaslıq” və “Aqrokimya” kafedraları yaradılmışdır.

Torpaqşünaslıq və aqrokimya kafedrası

Hazırda kafedranın müdiri dosent Həsənəli Əsəd oğlu Aslanovdur. Kafedranın tədris və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş bazası vardır. Kafedra bakalavriat, magistratura və doktorantura səviyyələrində torpaqşünas mütəxəssislərin hazırlanmasında fəal iştirak edir.Kafedranın alimləri Respublikada yeni təsərrüfatçılıq şəraitində torpağın münbitliyinin yüksəldilməsi, bitkiçiliyin intensivləşdirilməsi, ekoloji cəhətdən təmiz məhsul istehsalı yollarını, gübrələrdən səmərəli istifadə qaydalarını, Kür-Araz ovalığında şoranlaşmış torpaqların yaxşılaşdırılması üçün meliorasiya tədbirlərini və başqa problemləri öyrənərək təsərrüfatlara tətbiq edilməsinə səy göstərirlər. Tədris-təcrübə məşğələləri Universitetin bazasında, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunda, şəhər mərkəzi parkında və nümunəvi fermer təsərrüfatlarında keçirilir. Kafedranın əməkdaşları Respublikanın ictimai həyatında, xüsusən torpaq islahatlarının həyata keçirilməsində yaxından iştirak edir, fermerlərə köməklik göstərirlər. Onların səyi ilə Azərbaycan əkinçiliyində fosfor və kaliumun bəzi problemləri həll edilmiş, yem bitkilərinin, çəmən və otlaqların gübrələnməsi sxemi işlənib hazırlanmış, torpağın fiziki xüsusiyyətləri, münbitliyin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində bir sıra uğurlu işlər görülmüşdür.

Son 5 ildə kafedrada 2 dərslik, 4 dərs vəsaiti, proqram, metodik göstəriş və test tapşırıqları işlənib hazırlanmışdır.

Kafedranın alimləri Azərbaycanda formalaşan yeni torpaq münasibətlərinin hüquqi bazasının yaradılmasında yaxından iştirak edir, tədris, tədris-metodiki işlərin təşkili və təkmilləşdirilməsi istiqamətində Universitetdə aparılan işlərin önündə gedirlər.

Kafedrada “Müxtəlif aqro ekosistemlərdə torpaq münbitliyinin qiymətləndirmə metodologiyasının təkmilləşdirilməsi, torpağın ekoloji, bio energetik, hidroloji və meteoroloji funksiyalarının münbitlik göstəricilərinə təsiri və eko etik problemlərin həlli yolları” mövzusunda elmi – tədqiqat işləri aparılır.

Kafedra Rusiyanın Yaroslavl Dövlət Kənd Təsərrüfatı Akademiyası ilə tədris və elmi istiqamətdə əməkdaşlıq edir.

Kafedra əməkdaşları vaxtaşırı Samux rayonu Qarayeri qəsəbəsinin “AMİN” fermer təsərrüfatında olur, müxtəlif bitkilər altında torpaqları tədqiq, gübrələrin norma və dozalarını müəyyən edir.

Kafedranın professor – müəllim heyəti 23 nəfərdən (1 professor, 6 nəfər dosent, 3 dosent əvəzi, 9 nəfər baş müəllim, 4 nəfər assistent) ibarətdir.

Torpaqşünaslıq laboratoriyası

Torpaqşünaslıq laboratoriyası 2008-ci ilin yanvar ayından fəaliyyət göstərir, müasir avadanlıqlarla təmin olunub. Burada nümunələr qəbul olunur və analiz üçün hazırlanır.

Kafedranın professor- müəllim heyəti, texniki əməkdaşları, magistr və bakalavr tələbələri Türkiyənin İğdır Universitetində yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyada analizlər aparmaq üçün təcrübə mübadiləsində iştirak edir. Laboratoriyaya aqrar elmlər üzrə fəlsəfə doktoru Vəfa Verdiyeva rəhbərlik edir.

Laboratoriyada torpaq, bitki və su analizləri aparılır. Torpağın pH, duzluluğu, karbonatlığı, humusu, azotu, fosforu, makro və mikro elementləri və s. göstəriciləri təyin edilir.

Torpaqşünaslıq və aqrokimya kafedrasıTorpaqşünaslıq və aqrokimya kafedrasıTorpaqşünaslıq və aqrokimya kafedrası

Laboratoriyaya Füzuli rayonundakı “Natural Aqro” MMC, Ağcabədi rayonundakı “Qarabağ Taxıl” MMC, Beyləqan rayonundakı “Qarabağ Taxıl” MMC, BP şirkətinin nəzdindəki “Puls-R” MMC, Azərsun MMC, “Aqro dairy” MMC, “Azərşəkər” MMC, AzRoza MMC ilə yanaşı, respublikamızın fermerləri tərəfindən torpaq və su analizi üçün müraciətlər edilir.


KAFEDRA MÜDİRİ


Aslanov Həsənəli
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Zeynalova Aygün
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Kəmalə
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Namiq
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Arif
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Verdiyeva Vəfa
Dosent e.a.o.
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Günay
Dosent e.a.o.
HAQQINDA MƏLUMAT (CV)



Verdiyeva Fəridə
Dosent e.a.o.
HAQQINDA MƏLUMAT (CV)



İsrafilova Rüxsarə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Nəzərova Hicran
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Abbasova Nərgiz
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Bəhmənli Mətanət
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Amaliya
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Tahirə
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynzadə Esmira
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hacıyeva Gülnara
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quluyev Təbriz
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Allahyarova Səkinə
Assistent
HAQQINDA MƏLUMAT (CV)