ADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Aqrar iqtisadiyyat və Aqrobiznes və idarəetmə fakültərində təşkil olunan tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin tədris işləri üzrə prorektor Əhməd Məlikov Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan 31 mart soyqırımının insanlıq tarixində kütləvi terror aktlarından biri olduğunu qeyd edərək bildirib ki, 1918-ci ilin 31 mart - 2 aprel tarixlərində törədilmiş soyqırım erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfər nəticəsində qürurverici tarix yaşadığımızı qeyd edib. O, bu gün ədalətli siyasət və dövlət kontekstində torpaqlarımızın azad olunması nəticəsində 31 Mart soyqırımı qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğunu dilə gətirib.

İctimai fənlər kafedrasının baş müəllimi Səbinə Əlizadə “31 Mart soyqırmının xalqımıza qarşı çevrilmiş erməni vandalizminin bariz nümunəsidir”, həmin kafedranın müəllimi Turanə Əsədova “31 Mart soyqırımının siyasi və hüquqi aspektdən təhlili” mövzularında çıxışlar edərək 31 Mart soyqırımının müqayisəolunmaz faciə olduğunu bildiriblər.

Dövlətimizin bu cinayətin soyqırımı kimi tanıdılması və ona insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl iş apardığını, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 31 Mart soyqırımına əsl siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər.

Tələbələrdən İlkin Abbasov, Nurcan Abbaszadə və Leyla Xəlilova Azərbaycanlıların Soyqırımı Günü haqqında fikirlərini bildirərək, soyqırıma həsr olunmuş şer parçaları səsləndiriblər. Sonda soyqırm həqiqətlərini özündə əks etdirən videoçarx izlənilib.

Daha sonra Aqrokimya və torpaqşünaslıq fakültəsində 31 Mart soyqırımına həsr edilmiş “Tarixin bir günü və ya bir günün tarixi” adlı intellektual yarış keçirilib.

Tədbirdə çıxış edən fakültə dekanı Xalıq Xəlilov qeyd edib ki, cənab Prezident İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri soyqırım faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.


ADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilibADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilibADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilibADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilibADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilibADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilibADAU-da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib