Bitki mühafizəsi kafedrası

Bitki mühafizəsi kafedrası entomologiya və fitopatologiya fənləri daxil olmaqla 1929-cu ildə yaradılmış, sonralar Entomologiya və fitopatologiya adı altında fəaliyyət göstərmiş, kafedranın ilk müdiri professor F.Y.Şembel olmuşdur. 1937-ci ildən sonra müxtəlif adlarla (“Entomologiya və fitopatologiya”, “İpəkçilik”, “Entomologiya”, “Fitopatologiya”) fəaliyyət göstərən kafedralara professorlar A.Anuçin, B.Mixin, Z.Əfəndiyev, A.Lobik, dosent L.Kara-murza, M.Bondaroviç, M.Kosobutski, R.Hüseynov, D.Aslanov, S.Məmmədova, Ü.Rəhimov, dosent Q.Məmmədov, professor B.Xəlilov, dosent H.Camalov rəhbərlik etmişlər.

Hazırda kafedraya dosent Yaqub Cəfərov rəhbərlik edir.

Bitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrası

Kafedranın professoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqronomluq, aqrokimya və bitki mühafizəsi istiqamətləri üzrə təhsil alan bakalavriat, magistrant, dissertant, doktorant və bu sahələrin müəllim və mütəxəssisləri üçün dərslik və dərs vəsaitləri yazmışdır. Onun onlarla elmi məqalələri beynəlxalq nüfuzlu jurnallarında nəşr olunmuşdur.

Kafedrada: Qlobal iqlim dəyişikliyinin kartof aqrosenozunda zərərli entomofaunaya təsiri; Gəncə - Qazax bölgəsində pomidor bitkisinin əsas zərərvericiləri və onlara qarşı tətbiq olunan mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi; İstixana şəraitində xiyar bitkisinin mikobiotasında yayılmış zərərli növlərin idarə edilməsinin təşkili.

Bitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrası

Azərbaycanda xurma (xirnik) bağlarında göbələk mənşəli xəstəliklərin tədqiqi və onlarla mübarizənin həlli yolları mövzularında elmi – tədqiqat işləri aparılır.

Kafedra bitki mühafizəsi sahəsində bir sıra beynəlxalq layihələrə qoşularaq ABŞ, Türkiyə, Almaniya, Qazaxıstan, Qırğızıstan, Moldova universitetlərinin müvafıq kafedraları ilə əməkdaşlıq edir.

Kafedranın professoru İbrahim Cəfərov xarici ölkələrin aqrar universitetlərində dəfələrlə elmi səfərlərdə olmuş, bir neçə universitetin “Fəxri doktoru” seçilmişdir.

Bitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrasıBitki mühafizəsi kafedrası

O, MDB aparıcı ali aqrar təhsil müəssisələrinin Rektorlar Şurasının 15 illiyinə həsr olunmuş yubiley iclasında Şuranın təkmilləşdirilməsi, ali və doktorantura təhsilinin inkişafı, beynəlxalq elm-tədris məkanına inteqrasiyasını genişləndirmək, dostluq və əməkdaşlığı möhkəmləndirmək yolunda xüsusi xidmətləri və fərdi töhfələri nəzərə alınaraq "Aqrar elm, təhsil və istehsalatın inkişafına töhfə"yə görə qızıl medalla təltif olunmuşdur.

İstehsalata kömək məqsədilə kafedranın əməkdaşları mütəmadi təsərrüfatlarda olur, fermerlərə müxtəlif bitkilərin becərilməsi, xəstəlik törədiciləri və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə seminarlar təşkil edir, bölgələrdə fermerlərə məsləhətlər verir, onlara mütəmadi təlimlər keçirlər.

Bitki mühafizəsi kafedrasında 9 dosent, 2 baş müəllim və 3 assistent çalışır.

KAFEDRA MÜDİRİ


Cəfərov Yaqub Məmmədəli oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Hüseynov Kazım Qarakişi oğlu
B.e.d. dosent, Elmi işlər üzrə müdir müavini
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Turanə Rafiq qızı
A.e.f.d. Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



İsmayılzadə Nəzakət Namiq qızı
B.f.d. Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədov Vüsal Ədail oğlu
A.e.f.d. Dosent, Tədris işləri üzrə müdir müavini
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Aytəkin Sabir qızı
A.e.f.d. Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Lamiyə Telman qızı
B.f.d. Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Məmmədov Qafar Mahmud oğlu
A.e.f.d., dosent
HAQQINDA MƏLUMAT (CV)



Quliyev Sahil Rəhman oğlu
A.e.f.d. Dosent (e.a.o.)
HAQQINDA MƏLUMAT (CV)



Mustafayeva Elnurə Fəxrəddin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Vəliyeva Naibə Bəhrəm qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Sahilə Qabil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Zümrüd Mehman qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Ramazanova Günel Arzuman qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)