Torpaqşünaslıq kafedrası

Bu kafedra Torpaqşünaslıq adı ilə 1920-ci ildə Bakı Politexnik İnstitutunun nəzdində ilk yaradılan kafedralardan biridir. Sonralar bu kafedranın bazasında ayrıca aqrokimya kafedrası yaradılmış və kafedraya 1940-cı ilədək professor D.İvanov rəhbərlik etmişdir. 1940-cı ildə aqrokimya kafedrası torpaqşünaslıq kafedrası ilə birləşdirilmiş, 1959-cu ildən yenidən ayrıca kafedra kimi fəaliyyət göstərmişdir. Struktur dəyişiklikləri ilə əlaqədar olaraq kafedra son dövrlərdə Torpaqşünaslıq və aqrokimya adı altında fəaliyyət göstərir. Torpaqşünaslıq kafedrasının ilk müdiri professor V.P.Smirnov-Loginov olmuşdur. Sonrakı dövrlərdə həm torpaqşünaslıq, həmçinin aqrokimya adı ilə fəaliyyət göstərmiş kafedralara professorlar V.Akimtsev, M.Əsgərbəyli, Q.Kolotov, dosent Ə.Şəfibəyov, professor B.Ağayev, dosent M.Ağamirov, akademik M.Cəfərov, dosentlər O.Hacıyev, professor A.Babayev, dosent A.Zeynalova rəhbərlik etmişlər.

2020-ci ildə torpaqşünaslıq və aqrokimya kafedrasının bazasında iki kafedra: “Torpaqşünaslıq” və “Aqrokimya” kafedraları yaradılmışdır.

Torpaqşünaslıq kafedrası

Hazırda kafedranın müdiri dosent Arif Mirzə oğlu Hüseynovdur. Kafedranın tədris və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş bazası vardır. Kafedra bakalavriat, magistratura və doktorantura səviyyələrində torpaqşünas mütəxəssislərin hazırlanmasında fəal iştirak edir.Kafedranın alimləri Respublikada yeni təsərrüfatçılıq şəraitində torpağın münbitliyinin yüksəldilməsi, bitkiçiliyin intensivləşdirilməsi, ekoloji cəhətdən təmiz məhsul istehsalı yollarını, gübrələrdən səmərəli istifadə qaydalarını, Kür-Araz ovalığında şoranlaşmış torpaqların yaxşılaşdırılması üçün meliorasiya tədbirlərini və başqa problemləri öyrənərək təsərrüfatlara tətbiq edilməsinə səy göstərirlər. Tədris-təcrübə məşğələləri Universitetin bazasında, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunda, şəhər mərkəzi parkında və nümunəvi fermer təsərrüfatlarında keçirilir. Kafedranın əməkdaşları Respublikanın ictimai həyatında, xüsusən torpaq islahatlarının həyata keçirilməsində yaxından iştirak edir, fermerlərə köməklik göstərirlər. Onların səyi ilə Azərbaycan əkinçiliyində fosfor və kaliumun bəzi problemləri həll edilmiş, yem bitkilərinin, çəmən və otlaqların gübrələnməsi sxemi işlənib hazırlanmış, torpağın fiziki xüsusiyyətləri, münbitliyin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində bir sıra uğurlu işlər görülmüşdür.

Son 5 ildə kafedrada 2 dərslik, 2 dərs vəsaiti, proqram, metodik göstəriş və test tapşırıqları işlənib hazırlanmışdır.

Kafedranın alimləri Azərbaycanda formalaşan yeni torpaq münasibətlərinin hüquqi bazasının yaradılmasında yaxından iştirak edir, tədris, tədris-metodiki işlərin təşkili və təkmilləşdirilməsi istiqamətində Universitetdə aparılan işlərin önündə gedirlər.

Kafedrada “Müxtəlif aqro ekosistemlərdə torpaq münbitliyinin qiymətləndirmə metodologiyasının təkmilləşdirilməsi, torpağın ekoloji, bio energetik, hidroloji və meteoroloji funksiyalarının münbitlik göstəricilərinə təsiri və eko etik problemlərin həlli yolları” mövzusunda elmi – tədqiqat işləri aparılır.

Kafedra Rusiyanın Yaroslavl Dövlət Kənd Təsərrüfatı Akademiyası ilə tədris və elmi istiqamətdə əməkdaşlıq edir.

Kafedra əməkdaşları vaxtaşırı Samux rayonu Qarayeri qəsəbəsinin “AMİN” fermer təsərrüfatında olur, müxtəlif bitkilər altında torpaqları tədqiq, gübrələrin norma və dozalarını müəyyən edir.

Kafedranın professor – müəllim heyəti 15 nəfərdən (4 nəfər dosent, 7 nəfər baş müəllim, 4 nəfər assistent) ibarətdir.

Torpaqşünaslıq laboratoriyası

Torpaqşünaslıq laboratoriyası 2008-ci ilin yanvar ayından fəaliyyət göstərir, müasir avadanlıqlarla təmin olunub. Burada nümunələr qəbul olunur və analiz üçün hazırlanır.

Kafedranın professor- müəllim heyəti, texniki əməkdaşları, magistr və bakalavr tələbələri Türkiyənin İğdır Universitetində yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyada analizlər aparmaq üçün təcrübə mübadiləsində iştirak edir. Laboratoriyaya aqrar elmlər üzrə fəlsəfə doktoru Vəfa Verdiyeva rəhbərlik edir.

Laboratoriyada torpaq, bitki və su analizləri aparılır. Torpağın pH, duzluluğu, karbonatlığı, humusu, azotu, fosforu, makro və mikro elementləri və s. göstəriciləri təyin edilir.

Torpaqşünaslıq kafedrasıTorpaqşünaslıq kafedrasıTorpaqşünaslıq kafedrası

Laboratoriyaya Füzuli rayonundakı “Natural Aqro” MMC, Ağcabədi rayonundakı “Qarabağ Taxıl” MMC, Beyləqan rayonundakı “Qarabağ Taxıl” MMC, BP şirkətinin nəzdindəki “Puls-R” MMC, Azərsun MMC, “Aqro dairy” MMC, “Azərşəkər” MMC, AzRoza MMC ilə yanaşı, respublikamızın fermerləri tərəfindən torpaq və su analizi üçün müraciətlər edilir.


KAFEDRA MÜDİRİ


Hüseynov Arif Mirzə oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Məmmədova Kəmalə Yusif qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Vəliyeva Aytəkin Məmməd qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Namiq Vəzir oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Verdiyeva Vəfa Qaçay qızı
Baş müəllim, aqrar elm.üzrə fəl.dok
HAQQINDA MƏLUMAT (CV)



Verdiyeva Fəridə Bəhram qızı
Baş müəllim, aqrar elm.üzrə fəl.dok
HAQQINDA MƏLUMAT (CV)



Nəzərova Hicran Məcid qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Tahirə Rafayel qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Siyafə Firuddin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Amaliya Lətif qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Quliyeva Rəsmiyə Xəlil qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



İsmayılova Məhsəti Eyvaz qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Sadıqov Ceyhun Şirin oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynzadə Esmira Vahid qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Quluyev Təbriz Nüsrət oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)