Fakültələrarası futbol turniri yekunlaşıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən İdman və oyun klubunun təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş fakültələrarası futbol turnirinin final oyunu keçirilib.

Oyunun əvvəlində Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Torpaqşünaslıq fakültəsinin dekanı Xalıq Xəlilov, Zoomühəndislik fakültəsinin dekanı Qənbər Abdullayev və Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri İbrahim Qasımov çıxış edərək tələbələrə uğurlar arzu ediblər.

Sonda Torpaqşünaslıq və aqrokimya fakültəsi 6:3 hesabı ilə qalib elan olunub.

Mühəndislik fakültəsinin binasında keçirilən mükafatlandırma mərasimində qalib komandaya kubok və sertifikatlar təqdim olunub.


Fakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıbFakültələrarası futbol turniri yekunlaşıb