Fakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş "Bol və sağlam qida naminə" olan fakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

Konfransda çıxış edən tələbələrin təqdimatları fakültənin müəllimləri və qonaqlardan ibarət münsiflər heyəti tərəfindən dinlənilib və öncədən müəyyən edilmiş qiymətləndirmə meyarlarına əsasən dəyərləndirilib.

I yerə Torpaqşünaslıq və aqrokimya fakültəsinin III kurs tələbəsi Emil Poladov layiq görülüb.

Sonda qalib tələbəyə sertifikat, digərlərinə isə təşəkkürnamələr təqdim edilib.


Fakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilibFakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilibFakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilibFakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilibFakültə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib