FAKÜLTƏ HAQQINDA

FAKÜLTƏ HAQQINDA
Torpaqşünaslıq və aqrokimya fakültəsi 1984-cü ilin may ayında aqronomluq fakültəsinin bazasında yaradılmış, 1987-ci ilin iyul ayında aparılan təhsil islahatları nəticəsində yenidən aqronomluq fakültəsinin tərkibinə verilmişdir.

2002-ci ilin mart ayında tələbə sayının kəskin azaldığı ilə əlaqədar “aqronomluq”, “meyvə-tərəvəzçilik və üzümçülük” fakültələri ləğv edilərək onların bazasında aqronomluq və torpaqşünaslıq fakültəsi yaradılmış, fakültənin tərkibinə “aqrokimya”, “torpaqşünaslıq və torpaq islahatı”, “botanika və bitki fiziologiyası”, “bitkiçilik”, “ümumi əkinçilik”, “genetika və seleksiya”, “bitkiləri mühafizə və ipəkçilik” və “meyvəçilk, tərəvəzçilik və subtropik bitkilər” kafedraları verilmişdir.

2009-cu ildə yeni aqronomluq və texnologiya fakültəsi, sonralar (2010) bu fakültənin bazasında “aqronomluq” və “aqrotexnologiya” fakültələri yaradıldı.

2020-ci ildə aqronomluq fakültəsi iki fakültəyə: “aqronomluq” və “torpaqşünaslıq və aqrokimya” fakültələrinə bölündü. Torpaqşünaslıq və aqrokimya fakültəsinin tərkibinə “torpaqşünaslıq”, “aqrokimya” və “bitki mühafizəsi” kafedraları verildi.

“Aqronomluq”, “Aqrokimya və torpaqşünaslıq”, “Meyvə-tərəvəzçilik və üzümçülük” və “Bitki mühafizəsi” fakültələrinə müxtəlif illərdə görkəmli alimlər: Vladimir Pavloviç Smirnov-Loqinov, Hüsü Nağıyev, B.Makinski, E.Kuçayev, D.İvanov, İmam Mustafayev, Mikayıl Qulubəyov, Rəcəb Məmmədov, Əliqulu Nərimanov, Ələkbər Quliyev, Niyaz Səfərov, Hidayət Aslanov, Cavid Babayev, Hüseyn Xəlilov, Bilal Bayramov, Qəhrəman Xəlilov, Əli İsgəndərov, Qafar Məmmədov, Faiq Məmmədov, Çingiz Novruzov, Sarif Əhmədov, Zahid Süleymanov, Yasir Cəfərov, Cəmil Hacıyev, İbrahim Cəfərov, Nizami Seyidəliyev, Hasil Fətəliyev, Məhərrəm İsmayılov rəhbərlik etmişlər.

Hazırda fakültənin dekanı dosent Xalıq Xəlilovdur.

“Torpaqşünaslıq və aqrokimya” və “aqronomluq” fakültələrinin təşəkkülü və inkişafında, həmçinin milli elmi pedaqoji kadrların hazırlanmasında görkəmli əcnəbi alimlər- V.Smirnov-Loqinov, A.Qrossheym, V.Akimtsev, D.İvanov, İ.Fiqurovski, D.Şutov, M.Brjezitski, N.Malov, P.Qrebennikov və digərlərinin dəyərli köməyi olmuşdur. Bu alimlərdən bir çoxu müvafiq kafedralara rəhbərlik etmiş, elmi rəhbərlikləri ilə onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

“Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə mütəxəssis hazırlığına kənd təsərrüfatı fakültəsinin yarandığı ilk illərdən (1920), “Bitki mühafizəsi” ixtisası üzrə mütəxəssis hazırlığına isə 1942-ci ildən başlanılmışdır. Bu kafedranın istiqamətinə uyğun “ipəkçilik” ixtisası üzrə də mütəxəssis hazırlığı həyata keçirilmişdir.

Belə ki, həmin ixtisas 1924-cü ilədə açılmış, 1928-ci ildə ilk buraxılışı olmuş, sonralar dayandırılmış, 1942-ci ildən yenidən açılmış, 1976-cı ilə kimi davam etmişdir. 1981-ci ildə yenidən bu ixtisas üzrə mütəxəssis hazırlığına başlanılmış, 2009-cu ilədək davam etdirilmişdir.

Hazırda Torpaqşünaslıq və aqrokimya fakültəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində “Torpaqşünaslıq və aqrokimya”, “Bitki mühafizəsi” (azərbaycan, türk və ingilis dillərində) ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

FAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDA

Öz fəaliyyəti dövründə bu fakültədə 10 mindən artıq yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır. Onların sırasında görkəmli elm, dövlət və siyasi xadimlər, əmək qəhrəmanları vardır.

Fakültənin məzunları – akademiklər İlyas Abdullayev, Cəbrayıl Hüseynov, Siddiqə Məmmədova, akademiyanın müxbir üzvləri Məmməd Emin Salayev, Rəhim Hüseynov, İbrahim Cəfərov, professorlar Ülfət Rəhimov, Bəhmən Xəlilov, Namaz Bədəlov, Amin Babayev, Allahverdi Seyidov elm sahəsinə təyinat almışlar.

Hazırda torpaqşünaslıq və aqrokimya fakültəsində zəngin maddi-texniki baza, o cümlədən müasir tədris avadanlıqları ilə təchiz edilmiş auditoriyalar və laboratoriyalar fəaliyyət göstərir. Fakültənin alimləri yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlığı ilə yanaşı kənd təsərrüfatı elminin inkişafına da dəyərli töhfələr verirlər.

Hazırda fakültənin tərkibində fəaliyyət göstərən “torpaqşünaslıq”, “aqrokimya” və “bitki mühafizəsi” kafedralarının kollektivləri pedaqoji və tədris-metodiki fəaliyyətlə yanaşı, həm də aqrar elmin müxtəlif sahələri üzrə geniş elmi-tədqiqat işləri aparır, Respublikanın qabaqcıl şirkət və fermerləri ilə yaxından əlaqə saxlayaraq, onlara əməli köməkliklər göstərir, öz elmi axtarışlarının nəticələrini müxtəlif torpaq-iqlim şəraitində bölgələr üzrə təsərrüfatlarda sınaqdan keçirirlər.

FAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDAFAKÜLTƏ HAQQINDA

Aqrar bölmənin inkişafı ilə əlaqədar olaraq indi elmi-tədqiqat işləri üçün kafedraların əsas bazası qabaqcıl təsərrüfatlar, elmi-tədqiqat institutları, universitetin tədris təcrübə təsərrüfatıdır.

Fakültənin professor-müəllim heyəti tədris və elmi-tədqiqat işləri ilə yanaşı dərslik, dərs vəsaiti və monoqrafiyaların hazırlanmasında da fəal iştirak edirlər.