Tələbə Elmi Cəmiyyətinin yığıncağı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti yığıncağı keçirilmişdir.

Tədbirdə fakültə dekanı, dosent Xalıq Xəlilov, Aqrokimya kafedrasının müdiri, professor Həsənəli Aslanov, universitetin Elm şöbəsinin müdiri Elçin Nəsirov, TEC sədri Əvəz Rəhimli, fakültə üzrə TEC-in rəhbəri, dosent Vüsal Məmmədov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Dərnəkdə ayrı-ayrı ixtisaslardan olan tələbələr müxtəlif mövzular üzrə azərbaycan və ingilis dillərində məruzələrlə çıxış ediblər.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb. İştirak edən tələbələr fəxri fərmanla mükafatlandırılıblar.

Tələbə Elmi Cəmiyyətinin yığıncağı keçirilibTələbə Elmi Cəmiyyətinin yığıncağı keçirilibTələbə Elmi Cəmiyyətinin yığıncağı keçirilibTələbə Elmi Cəmiyyətinin yığıncağı keçirilibTələbə Elmi Cəmiyyətinin yığıncağı keçirilib