Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisasının bir qrup 4-cü kurs tələbəsi Torpaqşünaslıq kafedrasının müdiri dosent Arif Hüseynovun rəhbərliyi və assistent Məhsəti İsmayılovanın iştirakı ilə Kür ətrafı çaybasar torpaqlarının makromorfoloji əlamətləri ilə tanış olublar.




