Torpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələri Samux DAİM-də olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələri üçün növbəti ekskursiya təşkil olunub.

Fakültənin Bitki mühafizəsi kafedrasının müdiri dosent Yaqub Cəfərov, dosent Vüsal Məmmədov və assistent Naibə Vəliyevanin iştirakı 3-cü kurs tələbələri Samux rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) olublar.

Tələbələrə bitki mühafizəsində istifadə olunan avadanlıqların iş prinsipi və onların nizamlanma qaydası haqqında ətraflı məlumat verilib. DAİM əməkdaşları avadanlıqların əyani şəkildə istifadə qaydasını tələbələrə nümayiş etdiriblər.

Torpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələri Samux DAİM-də olublarTorpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələri Samux DAİM-də olublarTorpaqşünaslıq və aqrokimya fakültəsinin tələbələri Samux DAİM-də olublar